Canni de Byazinin milli komanda ilə bağlı planı – ÖZƏL

2.06.2023 10:00 421
Yığma / Manşet
Ötən həftə baş tutan 36-cı turun oyunları ilə premyer-liqa, şənbə günü isə ölkə kubokunun final matçı ilə 2022/23 mövsümünə yekun vurulacaq. Ancaq futbol həyəcanı iyunda da davam edəcək. Bu ayın 17-də milli AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində qrupda 3-cü oyununa çıxacaq. Rəqib isə Estoniyadı.

Hazırda “Neftçi” və “Qəbələ”nin futbolçularından başqa, qalan yığma üzvləri istirahətdədi. Bəs Canni de Byazi milli üzvlərini nə vaxt bir araya gətirəcək, hazırlıq planı necə olacaq?

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Firuz Abdulla “Football-plus.az”a açıqlamasında ölkənin əsas komandasının Estoniya ilə oyunöncəsi planlarını açıqladı:

“Yığmanın məşqləri iyunun 6-dan etibarən “Dalğa Arena” və BOS-da olacaq. Ayın 11-də milli üzvləri birgünlük istirahətə buraxılacaq. 12-də hazırlıq prosesi bərpa olunacaq. İyunun 14-dən isə komanda millinin Mərdəkandakı təlim-məşq bazasında məskunlaşacaq”.


RƏŞAD