İngiltərə premyer-liqasını Azərbaycanda bu kanal yayımlayacaq

11.08.2023 11:55 246
İdman
İngiltərə premyer-liqasının 2023/24 mövsümünü Azərbaycanda canlı yayınlayacaq kanal müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, çempionatı ölkəmizdə "İdman TV" canlı olaraq nümayiş etdirəcək. Bu barədə telekanala rəhbərlik edən Rövşən Binnətli açıqlama yayıb. O, sosial şəbəkə hesabında bu sözləri qeyd edib:

“İngiltərə Premyer Liqası “İdman TV”-də!

Milli çempionatların tacı sayılan əsrarəngiz mübarizədən, təbii ki, azarkeşi olduğunuz komandanın oyunundan zövq almaq arzusu ilə…”