"Football-plus.az" xəbər verir ki, çempionat avqustun 11-də “Turf Moor” stadionunda keзiriləcək “Bernli” – “Mançester Siti” matçı ilə başlayacaq.
Futbolsevərlərin əsksəriyyəti sцzьgedən turniri dünyanın ən maraqlı və rəqabətli yarışı sayır. İngiltərə premyer-liqasının azarkeşlərinin dairəsi həmin ölkənin sərhədləri ilə məhdudlaşmır. Bu üzdən bir çox ölkənin telekanalları yayın hüququnu əldə edə bilmək üçün mьəyyən addımlar atır. Ölkəmizdə də İngiltərə klublarına azarkeşlik edənlərin sayı az deyil.
Görəsən, yerli futbolsevərlər İngiltərə çempionatının həyəcanını hansı telekanal vasitəsilə yaşayacaq? Sualımızı sözügedən qarşılaşmaları yayınlayacağı ehtimal edilən telekanal rəsmilərinə ünvanladıq.
Kənan Hakimov (İTV-nin İdman Departamentinin rəhbəri):
“Hazırda mцvzu ilə bağlı telekanal tərəfindən heç bir addım atılmayıb. Qarşı tərəflə danışıq aparmamışıq. Bu gün vəziyyət belədi. Sonrakı günlərdə nə baş verəcəyini hələ bilmirik”.
Şəmsəddin Abbasov (“CBC Sport”un Xəbərlər Xidmətinin direktoru):
“Növbəti mövsüm üçün planlarımızda həmin matçların yayını yoxdu”.
Rövşən Binnətli: (“İdman TV”nin direktoru):
“Hər “futbol ili”ndə olduğu kimi, bu dəfə də xeyli layihə üzərində çalışırıq. İngiltərə premyer-liqasının yayını da plana daxildi. Əlimizdən gələni edirik ki, məqsədimizə çataq. Fikirimiz reallaşsa, mövzu ilə bağlı bütün detallar ictimaiyyətə açıqlanacaq”.
KƏNAN BAHADIR

