"Hamımız qələbə və növbəti mərhələyə yüksəlməyi gözləyirik. Lakin hər zaman olduğu kimi oyuna mümkün qədər hazırlaşmalıyıq. Komandanı təhlil edib planlaşdırdığımıza nail olmaq üçün əlimizdən gələni edəcəyik".
"Football-plus.az" xəbər verir ki, bu sözləri Serbiya "Partizan"ının futbolçusu Svetozar Markoviç Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
O, "Sabah"ın yaxşı komanda olduğunu vurğulayıb:
"Onlarda hücum bir az fərqlənir, yarımmüdafiə və sol cinahları yaxşıdı. Digər oyunçuları da təhlükəlidi. Biz oyuna maksimum köklənməliyik".
Qeyd edək ki, bu gün keçiriləcək "Sabah" - "Partizan" görüşü saat 21.00-da başlayacaq.