Belarusun paytaxtı Minskdə 2-ci Müstəqil Dövlətlər Birliyi (MDB) oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, yarışda iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib. Özbəkistan yığması ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb. Orxan Məmmədovun dubl etdiyi oyunda komandamızın digər qolunu Sabir Allahquliyev vurub.