Avqustun 4-6-sı aralığında Minskdəki Bədii Gimnastika Sarayında “Büllur qızılgül” adlanan ənənəvi beynəlxalq turnir keçirilib.
"Football-plus.az" xəbər verir ki, təşkilatçılar bu il turniri Belarus paytaxtında keçirilən 2-ci MDB Oyunlarına birləşdirib. “Büllur qızılgül”də futbol yığmamızın sabiq qapıçısı Dmitri Kramarenkonun qızı Lalə də çox uğurlu çıxış edib. “Football-plus.az” xəbər verir ki, o, çoxnövçülükdə, gürz və lent ilə hərəkətlərdə qızıl, halqa və topla hərəkətlərdə isə gümüş medal qazanıb. Bir sözlə, medalları silib-süpürüb. Amma Rusiya təmsilçisi kimi…