Mahir Emrelinin komandasının oyunu azarkeş ölümünə görə təxirə salınıb

8.08.2023 15:21 213
Çempionlar Liqası
Millimizin futbolçusu Mahir Emrelinin komandası “Dinamo”nun (Xorvatiya) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Yunanıstan AEK-i ilə ilk oyunu təxirə salınıb.

"Football-plus.az" xəbər verir ki, buna səbəb iki komanda azarkeşləri arasında baş vermiş iğtişaşdı.

Yunanıstanda baş vermiş bu hadisə meydan sahiblərinin bir azarkeşinin ölümünə səbəb olub. Nəticədə UEFA qarşılaşmanın bu gün keçirilməməsini qərara alıb.

Həmçinin, komandalar arasında hər iki oyun azarkeşsiz baş tutacaq.