Kraliçanın ölümünə görə premyer-liqanın oyunları təxirə salındı

9.09.2022 15:52 317
Dünya futbolu
İngiltərə premyer-liqasının 7-ci turunun oyunları təxirə salınıb.

"Football-plus.az" turnirin rəsmi saytına istinadən xəbər verir ki, Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar belə qərar verilib.

Qarşılaşmaların yeni tarixi hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2-ci Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.