9 dəqiqəlik rekord

8.08.2023 13:27 303
Manşet / Konfrans Liqası
Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" - "Beşiktaş"la qarşılaşacaq.

"Football-plus.az" xəbər verir ki, görüşə maraq olduqca yüksəkdi. Artıq matçın biletləri satışa çıxarılıb. 9 dəqiqə ərzində "iticket.az" saytında olan bütün biletlər öz sahibini tapıb.

Yalnız 1A, 2A və 5A sektorları boşdu. Çünki həmin yerlər satışa çıxarılmayıb. Onlar fanklublara və rəqib azarkeşlərə satılacaq.

İLKİN SULTANLI