Ferdinand Maquayrla söhbət etmək istəyir

7.08.2023 15:15 195
Dünya futbolu
Harri Maquayr indi “Mançester Yunayted”də heç də xoş günlərini yaşamır.

Baş məşqçi Erik ten Haqın kapitan sarğısını ondan alaraq Bruno Fernandeşə verdiyini bilirsiz. İngiltərəli futbolçunun ötən mövsüm premyer-liqada cəmi 16 oyun keçirdiyini nəzərə alsaq, əslində belə qərar anlaşılandı.

"Football-plus.az" xəbər verir ki, niderlandlı baş məşqçi üçün 30 yaşlı müdafiəçi ierarxiyada Varan, Martines, Lindelöf və Şoudan sonra gəlir.

Conni Evans da MY ilə müqavilə bağlasa, 6-cı olmaq riski də var. Çoxsaylı şayiələrə inansaq, “Yunayted” Maquayrı 50 milyon funta satmaq istəyir, axı 4 il əvvəl ona görə 80 milyon ödəyib. Klubla 2025-ci ilə qədər müqaviləsi olan müdafiəçinin həftədə 200 min funta yaxın əməkhaqqı aldığı bildirilir. Maquayrın gələcəyi ilə bağlı belə qeyri-müəyyənlik fonunda “Yunayted”in əfsanəsi Rio Ferdinand onunla danışmaq istədiyini etiraf edib. Hazırda ekspert kimi çalışan sabiq müdafiəçi “SPORTbible”ə eksklüziv açıqlamasında belə deyib:

“Hər şey Harri Maquayrdan və onun nə istəməsindən asılıdı. Hətta qalmaq qərarı versə belə, məmnuniyyətlə onunla danışardım. Belə seçim etməsinin səbəbini anlamaq vacibdi. Getməyə qərar versə, mən onu anlayacam. Düşünürəm ki, bu maraqlıdı. İndi hər şey məhz ondan, daha doğrusu, hansı qərarı verəcəyindən asılıdı. Hələ ki məndə bununla bağlı informasiya yoxdu”.


Son xəbərlərə görə, Maquayra yeganə iddiaçı “Vest Hem”di. Ancaq Devid Moyesin çalışdırdığı klub cəmi 20 milyon funt təklif edib ki, bu da MY-ni razı salmır.