Harri Maquayrın statusu dəyişib. O, sosial şəbəkə vasitəsilə artıq “Mançester Yunayted”in kapitanı olmadığını açıqlayıb.
“Football-plus.az” xəbər verir ki, müdafiəçi bu barədə belə yazıb:
“Məşqçimiz Erik ten Haq mənə dedi ki, kapitanı dəyişir. O, mənə səbəbləri də açıqladı. Son dərəcə məyus olsam da, hər dəfə bu formanı geyəndə əlimdən gələni etməyə davam edəcəyəm”.
İngiltərəli futbolçunun MY ilə müqaviləsinin müddəti 2025-ci ilə qədərdi. 30 yaşlı müdafiəçi son mövsümdə komandada bütün yarışlarda 31 oyuna çıxıb.