Emreli oynadı, komandası xal itirdi

6.08.2023 10:47 233
Ölkə futbolu / Manşet
Xorvatiya çempionatında 3-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo" da növbəti matçını keçirib. Zaqreb klubu "Qoritsa"nı qəbul edib. Görüşdə hesab açılmayıb - 0:0.

Həmyerlimiz oyuna ehtiyat oyunçular skamyasında başlayıb. O, matçın 78-ci dəqiqəsində Dario Şpikiçin əvəzinə meydana daxil olub.

Qeyd edək ki, "Dinamo" 4 xalla 4-cü pillədə qərarlaşıb.