Emreli oynadı, komandası heç-heçə etdi

7.07.2023 20:30 256
Ölkə futbolu / Manşet
Yeni mövsümə Sloveniyada hazırlaşan "Dinamo" burda sonuncu yoxlama matçını keçirib.


"Football-plus.az" xəbər verir ki, həmyerlimiz Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb klubu Çexiya "Sparta"sı ilə üz-üzə gəlib. 2 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 1:1. Xorvatiyalıların heyətində Bruno Petkoviç fərqlənib.

Millimizin futbolçusu matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 63-cü dəqiqədə meydana daxil olub və sonadək oynayıb.