İntizam Komitəsi "Araz-Naxçıvan"ı 800 manat cərimələyəcək

5.08.2023 20:09 218
Aktual / Premyer-liqa
Misli premyer-liqasının 2023/24 mövsümü maraqlı başladı.

"Football-plus.az" xəbər verir ki, "Araz-Naxçıvan" - "Turan Tovuz" matçında meydan sahiblərinin futbolçusu Vanderson Melonun formasında ad qaylara uyğun yazılmayıb. Oyunçunun isminin yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə olunub. PFL-in 2023/24 mövsümü üçün tərtib etdiyi Əsasnamənin 4-cü maddəsi olan "Geyim qaydaları"nın 4-cü bəndində bu qayda qeyd olunub.

Görəsən, buna görə İntizam Komitəsi "Araz-Naxçıvan"ı nə qədər cərimələyəcək? AFFA-nın İntizam Məcəlləsində bununla bağlı qərar var:

75.3. Futbolçunun formasının üzərində adın, soyadın düzgün yazılmamasına görə klub 800 (səkkiz yüz) manat məbləğində cərimə edilir.

İLKİN SULTANLI