Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Football-plus.az xəbər verir ki, toplantıda 1-ci divizionla bağlı aşağıdakı qərarlar qəbul olunub:
15-ci turun “İmişli” – “Turan Tovuz-2” oyununda meydan sahiblərinin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39.).
“İmişli” – “Turan Tovuz-2” oyununda meydana kənar şəxs daxil olduğuna görə “İmişli” klubu 160 manat cərimə edilsin. (maddə 49.2)
“Şamaxı-2” – “Zirə-2” oyununda qonaqların 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39.).
“Səbail-2” – “Mingəçevir” oyununda qonaqların 57 nömrəli oyunçusu Sahil Həsənov oyunun 90+2-ci dəqiqəsində bir oyunda ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın, klub 20 manat cərimə edilsin ( maddə 47.2.).
“Zaqatala” – “Araz-Naxçıvan” oyununda qonaqların 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39.).