• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Dinamo” Luçeskunun 78 yaşına darmadağın “bağışladı” - TURUN ŞƏRHİ

Dünya futbolu

3-08-2023, 00:0

İyulun 28-də Ukrayna çempionatında yeni mövsüm start götürdü.

“Football-plus.az” xəbər verir ki, son mövsümdə 2-ci yeri tutan “Dnepr-1”in “Vorskla” ilə səfər oyunu təxirə salındığından ölkənin avrokuboklardakı başqa təmsilçilərinin çıxışına nəzər salaq. Çempion “Şaxtyor” Patrik van Leuvenin rəhbərliyi altında ilk qələbəsini “Metallist 1925” üzərində qazandı. Hələ fasiləyə qədər çoxlu künc zərbəsi yerinə yetirən “şaxtaçılar” bunların birində, özü də Kaşukun asmasından sonra rəqib qapısına yol tapdı. Ümumiyyətlə, “Sabah”ın sabiq oyunçusu cinah vingeri kimi çox fəal idi. 47-ci dəqiqədə Traore fərqi artırandan sonra faktiki oyunun taleyi həll olundu. Düzdü, 56-cı dəqiqədə Yusov qollardan birinin əvəzini çıxdı. Amma “Şaxtyor” sona qədər oyunun axarına nəzarət etdi.

“Dinamo”nun baş məşqçisi Mirça Luçesku iyulun 29-da 78 yaşını tamamladı. Komandası isə ertəsi onun ad gününə böyükhesablı qələbə “bağışladı”. “Minay” artıq 3-cü dəqiqədə hesabı açsa da, Vanat yarım saatın tamamına qədər iki qol vurdu. Sonda qonaqların gücü tükəndi. Kiyevlilər isə bundan yararlanıb hesabı darmadağın həddinə çatdırdı – 4:1.
Ukraynanın AL-dəki təmsilçisi “Zarya” yeni baş məşqçi Nenad Lalatoviçin rəhbərliyi altında geçirdiyi ilk oyunda gözlənilmədən “Rux”a uduzdu. Hissələr bir-birindən kəskin fərqləndi. İlk yarıda aşkar üstün təsir bağışlanan Luqansk klubu hesabı da açdı. Amma lvovlular fasilədən sonra bunun əvəzini iki qolla çıxdı.

Turun qalan oyunlarına gəlincə, Roman Qriqorçukun çalışdırdığı “Çernomorets” elitanın debütantı LNZ-ni “dişinə vurdu”. Çerkassk klubu mövsümlərarası dövrdə elita təcrübəsinə malik bir neçə futbolçu ilə güclənsə də, xətlərarası əlaqələrin qaydaya salınması üçün hələ vaxta ehtiyac var. “Dənizçilər”in hər hissədə vurduğu bir qol qələbə üçün kifayət etdi.
Yeni mövsüm debütantlardan “Obolon”un “Kolos”u qəbul etməsi ilə start götürdü. Qonaqlar topa nəzarətdəki üstünlüyü heç cür maddiləşdirə bilmədi. Debütdə qazanılan ilk xal “Obolon” düşərgəsini sevindirdi.

Debütantlardan LNZ ilə “Obolon”dan fərqli “Polesye” mövsümə qələbə ilə başladı. Jitomirlilər “Veres”lə oyunda ianmlı qələbəni məzmunlu oyun və bəzi futbolçularının parlaq təsir bağışlaması fonunda qazandı. Konqolu Makuana çox gözəl texnika ilə qələbədə önəmli rol oynadı. Məhz bu oyunda, özü də sona 2 dəqiqə qalmış Ukraynanın ədalətsiz müharibəyə cəlb olunduğu bir daha göründü. Oyun hava həyəcanı siqnalı ilə dayandırıldı. Xoşbəxtlikdən mübarizə tezliklə canlandı və oyunu başa çatdırmaq mümkün oldu. “Polesye” isə az qala 3-cü qolu da vuracaqdı...

Nəhayət, turun son oyununda “Aleksandriya” evdə “Krivbass”a qalib gəldi. Yekun nəticəni Şulyanskinin artıq 4-cü dəqiqədə vurduğu qol həll etdi. Hissənin ortalarına yaxın təşəbbüsü ələ keçirən Krivoy-Roq klubu iki dəfə penaltiyə iddia etsə də, referi Yaroslav Kozık meydan sahiblərini belə sərt şəkildə cəzalandırmağa ehtiyac görmədi. Əksinə, qonaqlar 32-ci dəqiqədə azlıqda qaldı – aşkar kobudluğa yol verən Semotyuk meydandan qovuldu. Bununla da oyunun taleyi həll olundu. Say üstünlüyü qazanan “Aleksandriya” sakitcə oyunu qələbəyə daşıdı.

1-ci tur
Metallist 1925 – Şaxtyor 1:2
Yusov, 56 – Matviyenko, 31. Traore, 47.
Şaxtyor: Riznık, Bondar, Matviyenko, Qoçoleyşvili, Bondarenko, Krıskiv, Traore (Kelsi, 72), Topalov (Pedrinyo, 79), Sikan (Kastilyo, 89), Kaşuk (Neverton, 72), Zubkov.
Dinamo – Minay 4:1
Vanat, 27; 30. Buyalski, 87-p. Karavayev, 90+3 – Vitençuk, 3.
Dinamo: Buşan, Belovar, Popov, Tımçik, Dubinçak, Buyalski, Sidorçuk (Brajko, 82), Yarmolenko (Karavayev, 76), Kabayev (Sirota, 34), Vanat (Benito, 76), Şaparenko (Şepelev, 82).
Rux – Zarya 2:1
Runiç, 67. Klimçuk, 86 – Rusin, 22.
LNZ – Çernomorets 0:2
Boyçuk, 39. Şporn, 65.
Obolon – Kolos 0:0
Veres – Polesye 0:2
Makuana, 2. Budkovski, 38.
Aleksandriya – Krivbass 1:0
Şulyanski, 4.
“Vorskla” – “Dnepr-1” oyunu təxirə salınıb.
Növbəti turun oyunları avqustun 2-6-sı aralığında keçiriləcək: Veres – Şaxtyor, Minay – LNZ, Obolon – Dinamo, Aleksandriya – Metallist 1925, Dnepr-1 – Polesye, Zarya – Krivbass, Kolos – Çernomorets, Rux – Vorskla.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-05-2023, 18:0

“Şaxtyor”un üstünlüyü əridi - TURUN ŞƏRHİ

Dünya futbolu

2-06-2023, 23:0

“Şaxtyor” 14-cü dəfə çempion oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

24-05-2023, 20:0

“Şaxtyor” – “Dnepr” rəqabəti davam edir, amma “Zarya” da var - TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 14:0

“Şaxtyor” xal itirsə də, liderliyi qorudu – 19-cu turun şərhi

Dünya futbolu

12-04-2023, 11:0

Liderlər qələbə qazandı, “Zarya” büdrədi

Dünya futbolu

19-04-2023, 17:0

“Şaxtyor” qələbələri sıralayır, “Dinamo” böhrandadı – TURUN ŞƏRHİ

Aktual
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
Son xəbərlər
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
Daha çox
Oxunub: 354
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 211
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə