Oktyabrın 13-də “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Olimpiakos”u qəbul edəcək.
“Football-plus.az” xəbər verir ki, oyuna maraq kifayət qədərdi. Hətta görüş üçün nəzərdə tutulan biletlər tükənmək üzrədi. Bu səbəbdən də matça cəmi 50 yunan azarkeşin gələcəyini bilən “Qarabağ” rəhbərliyi qonaqlar üçün ayrılan biletləri də satışa çıxarıb. Görəsən, oyuna ümumilikdə nə qədər bilet satılıb? Hazırda satış davam edir? Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə sualları belə cavabladı:
“Hələ satışda biletlər var. Proses davam edir. 30, 31, 37 və 38-ci sektorların biletləri yalnız kassalarda satılır. Onları onlayn almaq mümkün deyil. Bu gün əlavə biletlərin satışa çıxarılması gözlənilir. Bu da oyuna gələcək rəqib azarkeşlərin sayının az olması ilə bağlıdı. Biz yekun rəqəmin deyilməsini gözləyirik. Bundan sonra 27-ci sektorun biletləri də 5 manatdan satışa çıxarılacaq. Bundan başqa, 5-ci və 24-cü sektorda boş qalan yerlər var. Onların da biletləri böyük ehtimalla bu gün satışa çıxarılacaq”.
İLKİN SULTANLI