Belə ki, turnirə qatılacaq komandaların sayının 12-dən 14-ə çatdırılması gözlənilir. Ötən mövsüm Region Liqasının finalında oynamış Zəngilan “Çinar”ı, həmçinin Qazağın “Göyəzən”i 2-ci liqada mübarizə aparmaq istədiklərini quruma bildiriblər.
“Football-plus.az” bununla bağlı hər iki komandanın rəsmiləri ilə əlaqə saxlayıb.
Anar Dünymalıyev (Çinar):
"Biz bu barədə AFFA-yə müraciət etmişik. Lakin xəbər yoxdu".
Mehdi Salmanov (Göyəzən):
"AFFA-ya çoxdan bu barədə müraciət etmişik. Bizi Region Liqasına da buraxmadılar. İndi federasiyadan xəbər gözləyirik".
CAVİD ƏLİYEV






