Niderland nəhəngi ''Ayaks'' öz yetirməsi olan 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzalamaq qərarına gəlib.
“Football-plus.az” xəbər verir ki, söhbət Əmrə Ünüvardan gedir. 2008-ci il təvəllüdlü oyunçu ilə üçillik müqavilə imzalanıb. Mərkəz hücumçusu olan Əmrə Ünüvar 2015-dən ''Ayaks''ın akademiyasında top qovur. O, eyni zamanda ''Ayaks''ın U-17 komandasının üzvü kimi də qalmaqda davam edəcək. Əmrə ''Ayaks''ın digər yetirməsi Naci Ünüvarın kiçik qardaşıdı. Naci ötən mövsümü bilindiyi kimi icarə əsasında ''Trabzonspor''da keçirmiş və ümidləri doğrultmamışdı. 13 rəsmi oyuna çıxan və 3 qol, 1 məhsuldar ötürmə ilə fərqlənən 20 yaşlı vinger yeni mövsümdə yenə Niderlandda çıxış edəcək. ''Ayaks'' bu dəfə onu ''Tvente''yə icarəyə verib.
ƏLİ