“Ayaks”ı daha bir oyunçu tərk etdi

21.08.2022 19:55 438
Dünya futbolu
Bu yay “Ayaks”ı daha bir oyunçusu tərk edib.

Niderlandın son çempionu Perr Sxyursu “Torino”ya satıb. 22 yaşlı müdafiəçinin transferi İtaliya klubuna 9 milyon avroya başa gəlib. Müqavilənin müddəti haqda rəsmi məlumat verilmir.

“Fortuna”nın yetirməsi olan Perr “Ayaks”da 2018-ci ildən çıxış edirdi. O, bu komandada keçirdiyi 95 oyunda 3 qolun və 4 məhsuldar ötürmənin müəllifi olub.