Türkiyənin ATV kanalında yayınlanan və məşhur aktyor Kənan İmirzalıoğlunun aparıcısı olduğu, Türkiyədə böyük maraqla izlənilən “Kim milyonçu olmaq istəyər” şousunun son bölümündə futbolla bağlı sual diqqəti çəkdi.
"Football-plus.az" xəbər verir ki, verilişə qatılan Ahmet Zəki Ərtəm adlı iştirakçı uğurlu şəkildə suallara bir-bir cavab verərək 200 min lirəlik (12600 manat) suala çatdı. Ərtəm burda futbol sualı ilə qarşılaşdı. Coker haqqından istifadə etməyib riskə gedən iştirakçı 200 min lirəni əldən verdi. Sual belə səslənirdi:
“1959-cu ildən bu günə qədər davam edən Türkiyə çempionatında 1968-80-ci illərdə hansı komanda çempion ola bilməyib”.
Cavablarda, təbii ki, Türkiyənin 4 nəhəngi – “Beşiktaş”, “Qalatasaray”, “Fənərbaxça” və “Trabzonspor” qeyd olunmuşdu. “Fənərbaxça” fanatı olduğunu deyən iştirakçı uzun müddət düşündükdən sonra “riskə getmək daha yaxşıdı” deyərək “Qalatasaray” cavabını verdi. Ancaq doğru cavab “Beşiktaş” idi! Bu üzdən Ahmet Zəki Ərtəm yarışı 30 min lirə ilə tərk etmək məcburiyyətində qaldı. Kənan İmirzalıoğlu sonda Ərtəmə bunları dedi
“Düzdü, “Qalatasaray”ın da 14 illik çempionluq həsrəti olub (söhbət 1973-87-ci illərdən gedir – red.). Ancaq bu, sualda göstərilən tarixlərlə uyğun gəlmir. “Trabzonspor”un 1970-ci illərdə ardıcıl çempionluqları olub. “Fənərbaxça”nın isə tarixində heç vaxt bu qədər uzun müddət çempionluq həsrəti olmayıb. Ona görə də doğru cavab “Beşiktaş”dı”.