Millimizə 14 futbolçu dəvət olundu

24.06.2022 10:40 502
Yığma
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində EBSL-2022 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.


"Football-plus.az" xəbər verir ki, A divizionunda yer alan millimizin seçmə mərhələdə keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Millimiz iyulun 1-də İtaliya, ertəsi gün Almaniya, iyunun 3-də isə İspaniya komandası ilə üz-üzə gələcək.

Millinin qarşıdakı oyunlar üçün heyəti belədi:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Amid Nəzərov, Orxan Məmmədov, Fuad Hüseynov, Emin Mehdiyev, Kamil Hüseynov, Bayram Paşazadə, İsa Zeynalli, Hüseyn Axundov, Sabir Allahquliyev