Avropa Oyunları: Çimərlik futbolu üzrə millimizin heyəti

22.06.2023 11:13 254
Yığma
Polşanın Krakov şəhərində təşkil olunan Avropa oyunlarında iştirak edəcək çimərlik futbolu üzrə millimizin heyəti açıqlanıb.

"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda iki qapıçı və 10 oyunçu yer alıb.

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Amid Nəzərov, Hüseyn Axundov

Qeyd edək ki, Azərbaycan yığması ilk matçını iyunun 27-də meydan sahiblərinə qarşı keçirəcək. Komanda bir gün sonra Portuqaliya ilə, iyunun 29-da isə İspaniya ilə üz-üzə gələcək.