Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmov növbəti döyüşünü keçirib.
“Football-plus.az” xəbər verir ki, o, "Bellator" və "Rizin"in birlikdə təşkil etdiyi "Super Rizin 2" turnirində kəmər döyüşünə çıxıblar. Təmsilçimiz Yaponiyada baş tutan turnirdə rəqibinə qalib gəlib. Kərəmov yerli rəqibi Mikuri Asakura ilə qarşılaşıb. Döyüşçü 1-ci raundda boğucu fəndlə qələbə qazanıb.