Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov Rizin qran-prisində üçüncü qarşılaşmasını keçirib.
Football-plus.az xəbər verir, 30 yaşlı idmançı Yaponiyada təşkil olunan matçda yerli rəqibi Sora Yamamoto ilə qarşılaşıb. Döyüşdə qalib gələn Kərəmov ümumilikdə 3-cü qələbəsini qazanıb.
O, daha əvvəl ABŞ təmsilçisi Kayl Aquon və yaponiyalı Teyçi Nakadzimaya qalib gəlmişdi.