ABŞ yığması DÇ üçün heyətini açıqladı

7.07.2023 21:15 221
İdman
ABŞ-ın basketbol yığmasının qarşıdakı dünya çempionatı üçün heyəti bəlli olub.

“Football-plus.az” xəbər verir ki, ESPN-in insayderi Edrian Voynarovskinin yaydığı məlumata görə, heyətə bu basketbolçular salınıb: müdafiəçilər – Tayriz Haliberton (İndiana), Ceylen Branson (Nyu-York), Ostin Rivz (Leykers), Entoni Edvards (Minnesota); yüngül forvardlar – Paolo Bankero (Orlando), Brendon İnqrem (Nyu-Orlean), Mikel Brices, Kem Conson (hər ikisi “Bruklin”), Coş Hart (Nyu-York); mərkəz oyunçuları və ağır forvardlar – Caren Cekson (Memfis), Bobbi Portis (Miluoki), Uoker Kessler (Yuta).

ABŞ yığması hazırda yalnız İspaniyadan (758,3) geri qalmaqla FIBA reytinqinin 2-ci pilləsində qərarlaşıb. 3-cü isə Avstraliyadı (740,2). Dünya çempionatı avqustun 25-dən sentyabrın 10-na qədər Yaponiya, İndoneziya və Filippində keçiriləcək.