“Lester”lə “Nyukasl” arasında aparılan danışıqlar sona çatıb. İngiltərə klubları Harvi Barnsın transferi ilə bağlı razılığa gəliblər.
"Football-plus.az" xəbər verir ki, “Athletic”in yaydığı məlumata görə, “Nyukasl” qarşı tərəfə 39 milyon funt sterlinq ödəyəcək. 25 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 5 illik müddətə anlaşıb. “Lester”in yetirməsi olan Barns bu komandada keçirdiyi 187 oyuna 45 qol vurub.
Xatırladaq ki, “Lester” premyer-liqanın son mövsümündə 20 komanda arasında 18-ci yeri tutaraq 2-ci diviziona düşüb.