"Sumqayıt" məğlubiyyətlə başladı

22.07.2023 20:30 239
Ölkə futbolu
Növbəti mövsümə Türkiyənin Ərzurum şəhərində hazırlaşan "Sumqayıt" təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Samir Abasovun komandası ilk yoxlama oyununda superliqa təmsilçisi "Sivasspor"a 0:1 hesabı ilə uduzub.

Görüş "Yüksek İrtifa" məşq mərkəzinin stadionunda baş tutub.