"Sabah" onunla yolları ayırdığını təsdiqlədi

25.07.2023 10:29 217
Ölkə futbolu
“Sabah” müdafiəçi Abdulaye Ba ilə yollarını ayırıb.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, seneqallı futbolçu ilə ötən mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, Abdulaye Ba 2022-ci ilin iyulundan "Sabah"da çıxış edirdi. O, Premyer Liqada 2022/23 mövsümündə 22 oyuna çıxıb və 2 qol vurub.

Xatırladaq ki, A.Ba ötən mövsümün sonunda klub və azarkeşlərlə vidalaşmışdı.