“Matç TV”nin baş prodüseri Dmitri Rıjkov bir neçə gün əvvəl başa çatan “PARI Premyer” kubokunun tərifini yerə-göyə sığdırmır.
“Football-plus.az” xəbər verir ki, o, həmkarımızın iki sualına cavab verib:
- Kubokun startı ərəfəsindəki mətbuat konfrasında iştirakçılar deyirdilər ki, bu tərkib Çempionlar Liqası və ya ən azı Avropa Liqası səviyyəsindədi.
- Mənim üçün bu Çempionlar Liqasıdı. Qrup mərhələsi. “Srvena Zvezda” onsuz da ÇL-də oynayır, “Fənərbaxça” Türkiyə kubokunun sahibidi, “Neftçi” Azərbaycan çempionatının bürünc mükafatçısı. Hamısı avrokubokların iştirakçısıdı. Öz gücümüzlə ÇL səviyyəli turnir keçirdik.
- “Zenit”in rəqibləri hansı şərtlər əsasında gəlmişdi? Onlar nə qədər aldı? Klublar xərcin bir hissəsini öz üzərinə götürdümü? “Zenit”, heç olmasa, xərclərin müəyyən hissəsini qapadımı?
- Turnirin mükafat fondu reqlamentdə göstərilib – 50 min avro və ya 5 milyon rubl idi. Qalmaq, uçuş, qidalanmaq, hakimlər briqadası, məşq meydanları ilə bağlı xərclər turnirin təşkilatçılarının çiyninə düşür.
ORXAN