Bu gün "Neftçi" Sankt-Peterburqdakı "PARİ Premyer Kuboku" beynəlxalq yoldaşlıq turnirində son matçını keçirib.
"Football-plus.az" xəbər ki, "ağ-qaralar" Türkiyə Super Liqasının son vitse-çempionu “Fənərbaxça” ilə görüşüb. Bu, dünən düşərgəsinə gəldiyi rumıniyalı mütəxəssis Adrian Mutunun “Neftçi”nin baş məşqçisi kimi ilk oyunu olub.
“Neftçi” - “Fənərbaxça” görüşü ilə turnirə yekun vurulub.
Qeyd edək ki, "Neftçi" turnirdə bunadək keçirdiyi oyunlarda “Zenit” və “Srvena Zvezda”ya müvafiq olaraq 1:3 və 0:4 hesabı ilə uduzaraq 4 komandalı turnirdə axırıncı yeri tutur. “Fənərbaxça”nın isə 1 xalı olduğunu nəzərə alsaq, təmsilçimiz sonuncu olmamaq üçün mütləq qalib gəlməlidi. Onu da bildirək ki, turniri qalibi hər 3 oyunda qələbə qazanan Serbiya çempionu "Srvena Zvezda" olub.
15 iyul
"Neftçi" - "Fənərbaxça" (Türkiyə) 0:1
Edin Dzeko, 72
Sankt-Peterburq. "Smena" stadionu 15.00