• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Aslan Şahgəldiyev: “CBC Sport"un yayınında problemlər, nöqsanlar var”

Ölkə futbolu / Manşet

24-07-2023, 22:0

Yeni mövsümün püşkatma mərasimində PFL rəsmiləri maraqlı fikirlərlə gündəmə gəldi. Məlum oldu ki, "Misli" ilə əməkdaşlığın davam edib-etməyəcəyi dəqiqləşməyib. Premyer-liqa matçlarını yayınlayan "insport.tv" ilə müqavilənin yenilənib-yenilənməyəcəyi də maraq doğurur. "CBC Sport" ilə bağlı da problem var. Belə ki, oyunların yayın keyfiyyətinin aşağı olması haqlı narazılıq doğurur. Görəsən, bu məsələni tənzimləmək üçün "İdman TV"nin köməyindən yararlanmaq olarmı?

Bu sualları aydınlaşdırmaq üçün PFL-in vitse-prezidenti Aslan Şəhgəldiyevə müraciət etdik:

"Tək “Misli” ilə yox, başqa bir şirkətin də sponsorumuz olmasıyla bağlı danışıqlar aparırıq. Qarşıdakı günlərdə məsələyə tam aydınlıq gələcək. Sadəcə, indidən ad çəkmək düz deyil. "İnsport.tv"yə gəlincə, onlarla yeni mövsümdən əməkdaşlıq etməyəcəyik. Adı çəkilən şirkətin ötən mövsümdəki qüsurları, maliyyə, xidmətlər və digər məsələlərindən narazıyıq. Oyunların yayını zamanı da onlarda ciddi problemlər olduğundan tez-tez bizə şirkətlə bağlı narazılıq və şikayətlər daxil olurdu. Odu ki, əməkdaşlığa son verdik. Əvəzində başqa xarici yayın şirkətiylə danışıq aparırıq. "CBC Sport"un yayınında da problemlər, nöqsanlar var. Amma bunu yalnız telekanala bağlamaq ədalətsizlik olar. Çünki stadionlarımızda da problemlər çoxdu. Elə futbol məkanları var ki, orda keyfiyyətli çəkiliş aparmaq olduqca çətindi. Hələ günəşli havada lap çətin olur. "CBC Sport"un axşam saatlarında yayınladığı matçlara baxsaz, görərsiz ki, peşəkarlıq, keyfiyyət var. İkinci məsələ isə maddiyyatla bağlıdı. Bu gün fərqli rakurslardan keyfiyyətli çəkiliş etmək üçün lazım olan avadanlıqlar çox bahadı. Telekanalın da onları almağa imkanı yoxdu. Bizim çempionat top-liqalardan yalnız səviyyəsinə görə yox, həm də çəkiliş, yayın və bundan əldə olunan böyük qazanca görə geri qalır. Buna rəğmən, "CBC Sport" ilbəil peşəkarlaşır və keyfiyyətli yayın təşkil edir. Odu ki, “inkişaf yoxdu” demək ədalətsizlik olar. Oyunların yayınının "CBC Sport"la yanaşı, "İdman TV" və ya digər kanallara verilməsi gündəmdə deyil. Əslində bunu etmək də sadə məsələ deyil. Çünki "CBC Sport" yalnız premyer-liqanın yox, həm də VAR yayının ölkəmizdəki yeganə hüquçusudu. Yəni adı çəkilən telekanal artıq püxtələşib. Çempionatın yayın hüququ başqa telekanala verilsə, gərək onların çəkiliş edən əməkdaşlarına VAR ilə bağlı kurslar, seminarlar keçək".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

16-07-2023, 18:0

PFL-in “Misli” ilə müqaviləsinin müddəti bitib

Premyer-liqa

18-07-2023, 15:0

“Çempionatın adı ilə bağlı iki şirkətlə danışıqlar davam edir” - Aslan Şahgəldiyev

Premyer-liqa

14-08-2022, 13:0

"Bu gün üçün “Misli” ilə aramızda belə razılaşma yoxdu" – Aslan Şahgəldiyev

Ölkə futbolu / Manşet

2-08-2022, 14:0

Aslan Şahgəldiyev: “Ortaya hansısa problem çıxmasın deyə qərara alındı ki…” - AÇIQLAMA

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 117
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 100
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə