“Çempionatın adı ilə bağlı iki şirkətlə danışıqlar davam edir” - Aslan Şahgəldiyev

18.07.2023 15:51 259
Premyer-liqa
“Çempionatın adı ilə bağlı iki şirkətlə danışıqlar davam edir”.

"Football-plus.az" xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev premyer-liqada 2023/2024 mövsümünün püşkatması zamanı deyib.

O, qarşıdakı günlərdə məsələnin həll olunacağını söyləyib.

Qeyd edək ki, premyer-liqada yeni mövsüm avqustun 5-də başlayacaq.