“Football-plus.az” xəbər verir ki, mübarizə isə avqustun 4-də start götürəcək. Ötən mövsüm Misli premyer-liqası adlanan çempionatın hazırda Azərbaycan premyer-liqası kimi təqdim olunması diqqətimizi çəkdi. Görəsən, bunun səbəbi nədi? Ümumiyyətlə, qarşıda bizi hansı yeniliklər gözləyir?
Bu sualları aydınlaşdırmaq üçün PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq:
"İyulun 18-də püşkatma mərasimi keçiriləcək. Püşkatmada hansısa yenilik olmayacaq. Çempionatın Azərbaycan premyer-liqası adlandırılmasına gəlincə, "Misli" ilə müqaviləmizin müddəti başa çatıb. Amma onlarla yenidən əməkdaşlıq etmək üçün danışıqlar aparırıq. Məsələ böyük ölçüdə iyulun 18-dək həll olunmayacaq. Lakin bu ayın sonuna, ən geci çempionatın startına qədər məsələyə aydınlıq gələcək. Razılıq əldə olunsa, çempionat yenidən Misli premyer-liqası adlanacaq”.
ABDULLA İSMAYILOĞLU






