“Qarabağ” Polşaya “casus” göndərmədi

24.07.2023 20:51 265
Manşet / Çempionlar Liqası
Bir çoxları düşünür ki, "Rakuv" "Qarabağ" üçün arzuolunmaz rəqibdi.

Qurban Qurbanov bu komandanı ciddi təhlil etməlidi. Maraq üçün bildirək ki, rəqib bu gün Polşa çempionatında ilk oyununu keçirib. "Rakuv" "Yagolleniya" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatdı. Görəsən, Ağdam təmsilçisi rəqibi təhlil etmək üçün Polşaya məşqçi göndərəcək? Sualımıza Elvar Quliyev belə cavab verdi:

"Bu haqda düşünmüşdük. Məşqçi də göndərmək istəyirdik. Sonra Polşaya uyğun vaxtda bilet tapılmadı. Bu səbəbdən də fikrimizdən daşındıq. Çünki məşqçimiz yollarda çox vaxt keçirəcəkdi. Bu üzdən də səfəri təxirə saldıq".

İLKİN SULTANLI