"Zirə" Tanzaniya təmsilçisi ilə üz-üzə

24.07.2023 10:52 255
Ölkə futbolu
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün sonuncu yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi Tanzaniya “Simba”sı ilə üz-üzə gələcək. Qarşılaşma saat 17.00-da start götürəcək.

Qeyd edək ki, “Zirə” daha əvvəl Türkiyə “Fatih Karagümrük”ü ilə qolsuz heç-heçə edib. Rəşad Sadıqovun komandası bunadək "Kəpəz"ə qalib gəlib.