Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, komanda “Fatih Karagümrük”lə qarşılaşıb. “Fenerbahçe Topuk Yaylası”nın meydançasında keçirilən oyun Bakı vaxtı ilə saat 18.00-da start götürüb. Görüş 0:0 hesablı bərabərliklə nəticələnib.
Qeyd edək ki, "Zirə" Türkiyədə daha 2 yoxlama görüşü keçirəcək. Türkiyə 1-ci liqasında mübarizə aparacaq “Qaziantep”lə qarşılaşacaq komandanın sonuncu rəqibi hələlik məlum deyil. Paytaxt təmsilçisi Bakıdakı toplanışı çərçivəsində "Kəpəz"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.