"Qəbələ" - "Hayduk" matçının biletləri satışa çıxarıldı

1.10.2022 20:13 378
Ölkə futbolu
UEFA Gənclər Liqasının "Qəbələ" - "Hayduk" cavab matçının biletləri satışa çıxarılıb.

"Footbal-plus.az" xəbər verir ki, biletlərin qiymətləri 2 və 5 AZN-di. Biletləri Qəbələ şəhər stadionu və "Qəbələ" oteldə yerləşən fan-şopdan əldə edtmək mümkündü.

UEFA Gənclər Liqası

Çempionlar yolu, 1-ci mərhələ

Cavab oyunu, 4 oktyabr

17.00. “Qəbələ” (Azərbaycan) – “Hayduk” (Xorvatiya)

Hakimlər: Arda Kardeşler, Mehmet Emin Tuğral, Süleyman Ozay (hamısı Türkiyə)
Qəbələ şəhər stadionu
İlk oyun – 0:3