“Zirə” xal itkisindən son anda qaçdı - REPORTAJ

27.10.2026 16:25 27
Reportaj
Zirə - Sumqayıt 3:2 (2:1)
13. Aydın Bayramov – 4,5
32. Qismət Alıyev (k) – 5,0
4. Ruan Renato – 4,5
5. Ange Mutsinzi – 4,5
2. Amin Seydiyev – 5,0
(29. Kris Diqbeu, 72) – 4,0
3. Dimitri Leqbo – 4,5
14. Elçin Əlicanov - 4,5
(6. Hacıağa Hacılı, 72) – 4,0
11. Ayxan Hüseynov – 4,5
(33. Mehdi Mişahşah, 86) – qiymətsiz
21. Rikardo Martins – 5,0
7. Ərən Aydın – 4,5
(20. İssa Cibrila, 72) – 4,0
9. Davit Volkov – 5,5
Ehtiyat oyunçular
41. Anar Nəzirov
72. Hüseynəli Quliyev
48. Ramiz Muradov
57. Yusif Hacıyev
43. Əhliman Süleymanzadə
23. Dameyn Smit
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Davit Volkov

16. Marko Yohanson – 4,5
80. Keffel Resende – 5,0
5. Renan Santana – 4,0
4. İsa Suliman (k) – 4,0
21. Tyaqo Almeyda – 4,0
42. Sedrik Badolo – 4,0
(3. Höccət Haqverdi, 90+5) – qiymətsiz
55. Lukas Blek – 4,0
29. Emil Mustafayev – 4,0
(19. Roi Kehat, 72) – 3,5
10. Ronaldo Vaskez – 4,5
17. Nihad Əhmədzadə - 5,5
11. Mamadi Banqre – 5,0
Ehtiyat oyunçular
22. Xəyal Fərzullayev
12. Aftandil Arixov
20. Ayxan Süleymanlı
75. Nadir Orucov
97. Vüsal Paşayev
23. Rüfət Əhmədov
37. Nihad Orucəli
27. İmani Barker
Baş məşqçi: Filipe Kandido
Komandanın ən yaxşısı: Nihad Əhmədzadə

Qollar: R.Renato, 8-p. (1:0). R.Martins, 21 (2:0, D.Volkov). N.Əhmədzadə, 39 (2:1, M.Banqre). K.Resende, 57 (2:2, M.Banqre). D.Volkov, 84 (3:2, Q.Alıyev).
Vərəqələr: E.Əlicanov, 11 (qeyri-idman hərəkəti). A.Hüseynov, 82 (qeyri-idman hərəkəti). İ.Suliman, 90+4 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: TURAL QURBANOV, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov (hamısı Bakı).
VAR hakimi: Kamal Umudlu (Bakı).
VAR hakiminin köməkçisi: Zöhrab Abbasov (Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
23 oktyabr. Zirə. İdman Kompleksinin stadionu. 800 tamaşaçı (1500 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.

Ötən tur “Şamaxı” ilə oyunda xal itirən, avrokuboklara vəsiqəyə iddialı “qartallar”da əsas heyətin bir neçə zədəli futbolçusu artıq sağalıb. Bu qarşılaşmada rəqib xala hava-su kimi ehtiyac duyan “Sumqayıt” idi.

Matça meydan sahibləri üstün başladı. Təşəbbüsü ələ alan “qartallar” axtardığı fürsəti tapdı. 6-ci dəqiqədə Seydiyevin cərimə meydançası daxilindən endirdiyi zərbənin qarşısını Resende əllə aldı. Daha sonra futbolçu özünü yerə atsa da, bu məqam VAR hakiminin gözündən yayınmadı. Baş hakim VAR-la məsləhətləşəndən sonra “Sumqayıt”ın qapısına penalti təyin etdi. Renato dəqiq zərbə ilə hesabı açdı. Qonaqlar qoldan sonra təhlükəli əks-hücumlara çıxdı. 11-ci dəqiqədə Nihatın uzaq “9-luğ”a yönələn zərbəsini son anda Mutsinzi uzaqlaşdırdı. Növbəti 10 dəqiqə qarşılıqlı hücumlarla yadda qaldı. 21-ci dəqiqədə fərq artdı. Volkovdan ötürmə alan Martins iti bucaq altında dəqiq zərbə vurdu. “Sumqayıt” tezliklə qollardan birinin əvəzini çıxdı. 39-cu dəqiqədə Banqrenin zərbəsi zamanı top tirə dəyərək geri qayıtdı. Nihad təkrar zərbə ilə topu qapıdan keçirdi. Referi mümkün ofsayd ehtimalını yoxlayandan sonra mərkəzi göstərdi.

2-ci hissənin əvvəlində Nihadın Renato ilə Mutsinzinin başı üzərindən aşırdığı topu rəqibin qapısı qarşısına aparan Vaskes fərqləndi. Lakin 5 dəqiqəlik VAR incələməsindən sonra Nihadın əllə oynadığı məlum oldu, qol qeydə alınmadı. Ruhdan düşməyən qonaqlar 56-cı dəqiqədə fərqi qapadılar. Banqrenin ötürməsini qəbul edən Resende rəqibin cərimə meydançası xaricindən qüvvətli v dəqiq zərbə vurdu. Böyük üstünlüyü əldən verən “qartallar” hücumların sayını artırdı. 72-ci dəqiqədə Rəşad Sadıqov hücum xəttini gücləndirmək üçün üç dəyişikliyə əl atdı. Bundan sonra rəqibi meydanın özünə aid hissəsinə sıxışdıran “qartallar” 84-cü dəqiqədə qol istəyinə çatdı. Qismətin cərimə meydançasına ötürməsini Volkov tamamladı.

Gözdən qaçmadı
* “Sumqayıt” azarkeşləri Aydın Bayramovu alqışladı.
* Bakıda keçirilən U-15-lər arasında dünya çempionatında iştirak edən Niger millisinin texniki heyəti matçı izləməyə gəlmişdi.
* Baş hakimin tez-tez VAR-a müraciət etməsi azarkeşlərin “nəyə baxırsız, nəyə baxırsız” şüarını səsləndirməsinə səbəb oldu.
* Oyundan sonra Kandidonun mətbuat konfransında tərcüməçiliyi mətbuat katibi Zaur Xudiyev edirdi.

İSRAYIL XEYRULLAYEV