"Mançester Yunayted"dən ayrılmaq qərarına gəldi

16.04.2022 10:50
Dünya futbolu
Nemanya Matiç bu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Bu barədə yarımmüdafiəçi özünün "instaqram" səhifəsində yazıb:

"Bu mövsümün sonu "Mançester Yunayted"dən ayrılmağa qərar verdim. Qərarımı klub rəhbərliyinə, baş məşqçiyə və komanda yoldaşlarıma bildirdim. Bu klubda oynamaq böyük şərəfdi. Davamlı dəstəyiniz üçün azarkeşlərə təşəkkür edirəm. Mövsümün sonuna qədər əlimdən gələni edəcəyəm".


Qeyd edək ki, Matiç 2017-ci ildən "Mançester Yunayted"də oynayır.