“Neftçi” Donyonu “Apollon”a pulsuz bağışlayıb? – RƏSMİ AÇIQLAMA

28.01.2023 19:16 441
Aktual / Manşet
Flaqmanın Qodsvey Donyonu Cənubi Kipr “Apollon”una satdığı hamıya bəllidi.

Gəzən şayiələrə görə, paytaxt klubu afrikalını çox ucuz qiymətə satıb. Bir sözlə, “Neftçi” oyunçudan canını qurtarmaq üçün bu addımı atıb.

Football-plus.az olaraq məsələni dəqiqləşdirmək üçün klubla əlaqə saxladıq. Rüstəm Allahverdiyev mövzu ilə bağlı bunları söylədi:

“Futbolçunu normal qiymətə satmışıq. Düzdü, fantastik məbləğ deyildi. İndiki məqam üçün yaxşı qiymətə satıldığını söyləyə bilərik”.


Məsələ ilə bağlı redaksiyamıza informasiya daxil olub. Sən demə, flaqman Donyonun Cənubi Kipr klubuna 100 min avroya keçidinə razılıq verib.