Detalları öyrənmək üçün "CBC Sport"un şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli ilə əlaqə saxladıq. Onun "Football-plus.az"a açıqlaması belə oldu:
"Telekanal olaraq bu barədə qarşı tərəflə heç bir danışıq aparmadıq. "Neftçi" rəhbərliyi bizə bildirdi ki, "Matç TV" oyunların digər kanallarda yayınlanmasını istəmir".
Qeyd edək ki, 'Neftçi" turnirdə “Zenit”, “Srvena Zvezda” və “Fənərbaxça”ya qarşı keçirdiyi oyunların hamısında meydanı məğlub tərk edib.
CAVİD ƏLİYEV






