Kilan Lebon “Spartak”a qarşı oynayacaq?

18.07.2023 18:55 284
Ölkə futbolu / Manşet
“Neftçi” bu gün yoxlama görüşündə Moskvada “Spartak”la qarşılaşacaq.

Saat 21.00-da keçiriləcək görüşü “CBC Sport” canlı yayınlayacaq. Flaqmanın “PARİ Premyer kuboku”ndakı “Fənərbaxça” ilə son görüşündə Kilan Lebon zədələnərək meydanı tərk etməşdi. Fransalını Rəhman Hacıyev əvəzləmişdi. Görəsən, Lebonun zədəsi ciddidi? Vinger bu gün meydanda olacaq?
Sualımızı klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbər Rüstəm Allahverdiyevə ünvanladıq. “Ağ-qaralar”ın rəsmisi məsələ ilə bağlı “Football-plus.az”a açıqlamasında bunları söylədi:

“Kilan Lebonun durumu yaxşıdı. Baş məşqçi qərar versə, fransalı “Spartak”la görüşdə meydanda olacaq”.


İLKİN SULTANLI