Derbinin gedişində “ağ-qaralar”ın futbolçusu Xəyal Nəcəfov zədələnərək meydanı tərk etdi. Qarşılaşmadan sonra flaqmanın baş məşqçisi Samir Abasov yarımmmüdafiəçinin zədəsinin ciddi olmasından narahatlığını dilə gətirdi. Martın 6-da klubdan futbolçunun durumunu öyrənmək istəsək də, 3 gün sonra bəlli olacağını bildirmişdilər. Deyilən vaxt geridə qalıb. Görəsən, Xəyal Nəcəfovun vəziyyəti necədi? Sualımızı klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə ünvanladıq:
“Xəyalda hansısa sınıq və ya çıxıq aşkar olunmayıb. Sadəcə, ayağında şiş var. Hazırda müalicə olunur. Bu müddət 1 həftə çəkəcək. Bundan sonra fərdi məşqlərə başlayıb, bərpa olunacaq”.
