Bildiyiniz kimi, bu gün Moskvada “Spartak”la “Neftçi” arasında yoldaşlıq oyunu keçiriləcək.
“Football-plus.az” xəbər verir ki, bakılıların çalışdırıcısı Adrian Mutu bu oyunla bağlı “Sport-Ekspress”ə danışıb:
“Spartak”ın bir neçə oyununa baxdım. Əlbəttə, onların gücündən, necə oynadıqlarından xəbərdaram. Əla komandadı, üstəlik böyük büdcəsi var. Ancaq bizim üçün nəticədən daha çox oyunçuların fiziki forması vacib olacaq, “Spartak”la oyunda taktiki planları həyata keçirə bilərik. Üzərində işləməli olduğumuz cəhətlər çoxdu. Ancaq biz futbolçuların “artırmasında” maraqlıyıq, onları iş başında görmək istəyirik. Yaxşı oyun olacaq. Hər dəqiqədən maksimumu götürməyə çalışacağıq. Son günlər üzərində işlədiyimiz plana sadiq qalmaq lazımdı, hər şey alınacaq”.