Avtoqəzada “Spartak”ın bir azarkeşi həlak oldu

9.05.2022 13:59 431
Dünya futbolu
“Spartak”ın bəzi azarkeşləri “Ural” üzərində qələbəyə (3:1) doyunca sevinə bilməyiblər.

"Football-plus.az" xəbər verir ki, moskvalı azarkeşləri Yekaterinburqdan paytaxta gətirən mikroavtobus qəzaya uğrayıb. Rusiya mənbələrinin yaydığı məlumata görə, hadisə mayın 7-də baş verib. Mikroavtobusda 15 azarkeş olub, onlardan biri aldığı xəsarətlər nəticəsində ölüb.