"Spartak" - "Neftçi" oyununun vaxtı

4.07.2023 13:09 285
Ölkə futbolu
Rusiyada "Spartak" və "Neftçi" komandaları arasında keçiriləcək yoxlama oyununun vaxtı dəqiqləşib.

"Football-plus.az" xəbər verir ki, iyulun 18-də "Otkrıtiye Bank Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21.00–da start götürəcək.

Qeyd edək ki, "ağ-qaralar" hazırda Rusiyada "Matç TV" turnirində iştirak edir. Komanda ilk görüşündə "Zenit"ə 1:3 hesabı ilə uduzub. "Neftçi" iyulun 8-i saat 20.30–da Serbiyanın "Srvena Zvezda", 15-i saat 15:00–da isə Türkiyənin "Fənərbağça" klubu ilə qarşılaşacaq.