“Linkoln”un Bakı yolçuluğu başladı

17.07.2023 18:40 229
Çempionlar Liqası
Evdə “Qarabağ”a 1:2 hesabıyla uduzan “Linkoln”un Bakı yolçuluğu bir neçə dəqiqə əvvəl başlayıb.

“Football-plus.az” xəbər verir ki, Cəbəllütariq çempionu ölkəmizin paytaxtına İspaniyanın Malaqa şəhərindən uçacaq.

“Linkoln”un sosial şəbəkə hesabında yayılan fotolardan əhval-ruhiyyənin yerində olduğu görünür. Ümid edirik ki, ağdamlılar çərşənbə günü, saat 20.00-da başlayacaq oyunda Cəbəllütariq çempionu üçün “isti” qarşılama mərasimi təşkil edəcək, “Linkoln”un futbolçu və məşqçi heyəti bu səfəri heç vaxt unutmayacaq.