Sebastyan Fettel “Formula-1” üzrə dünya çempionatını necə izlədiyi haqda suala cavab verir.
“Football-plus.az” xəbər verir ki, dördqat dünya çempionu ötən mövsümün sonunda yarış meydanından uzaqlaşıb. Həmkarımız Sebdən soruşub ki, yarışlara əlində popkorn qutusu baxırmı?
“Üç uğaşım var, həmişə uşaqlarla məşğulam. Ancaq bu mənim xoşuma gəlir. “Formula-1”də yarışırsansa, özünü tam o sahəyə qoymalısan, bir valideyn kimi vaxtın qalmayacaq. Hə, yarışlara baxıram – popkornsuz. Bəzən xanımım üçün şərh verməkdən də özümü saxlaya bilmirəm - əlbəttə, o, bunun əleyhinə deyilsə”.