“Kəpəz”in yeni transferi Salif Sisse "Kəpəz" televiziyasına açıqlama verib.
O, toplanışı dəyərləndirib və komanda haqqında danışıb:
"Komanda yaxşıdı. Antalyada təlim-məşq toplanışım əla keçdi. Kollektivə bir az gec qoşuldum. Burada mənə qarşı hamının münasibəti çox yaxşıdı. Gəldiyim gündən etibarən baş məşqçi və komanda yoldaşlarım daha tez uyğunlaşmağım üçün mənə çox kömək etdilər. Düşünürəm ki, “Kəpəz” əvvəlkindən daha yaxşıdı. Təlim-məşq toplanışındakı qarşılaşmalar da uğurlu alındı. Yaxşı oyunlar göstərdik və sevindirci haldı ki, qol buraxmadıq. Bu, komanda üçün çox vacib amildi. Qış fasiləsi bizim üçün uğurlu oldu. Hesab edirəm ki, mövsümün ikinci yarısında yaxşı işlər görüb, nəyisə dəyişməyə nail olacağıq. “Qəbələ” ilə oyunda uğurlu nəticə əldə etmək istəyirik. “Kəpəz”in heyətində keçirəcəyim ilk rəsmi matçda 3 xal əldə edərək debütümə müsbət start vermək niyyətindəyəm. "Kəpəz"ə qələbələr qazandırmaq üçün gəlmişəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Burda olmağım komandaya çox şey qatacaq. Abdullahi Şuaybu və digər komanda yoldaşlarımla birlikdə yaxşı oyun sərgiləyib, yüksək mövqelərdə yer almaq istəyirik. Burada “Kəpəz”ə azarkeşlik edən xeyli futbolsevər var. Transfer olunmamışdan əvvəl çox sayda fanat mənə sosial şəbəkə vasitəsilə yazır, şəhər, klub və azarkeşlər haqda məlumat verirdi. Gəncə futbol diyarıdı, bu da mənə pozitiv enerji verir”.